İran: Tel-Əvivdə İsrail ordusunun nəqliyyat mərkəzinə zərbə endirdik Dünya

İran: Tel-Əvivdə İsrail ordusunun nəqliyyat mərkəzinə zərbə endirdik

İran ordusu pilotsuz uçuş aparatları (PUA) vasitəsilə İsrail Müdafiə Qüvvələrinin Tel-Əvivdəki ən böyük nəqliyyat mərkəzinə zərbə endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb. İranın dövlət teleradio şirkəti bəyanatdan bu hissəni sitat gətirir:

"Sionist rejimin (İsrail nəzərdə tutulur) Tel-Əvivdəki dəstək bazası və ordu nəqliyyat mərkəzi İran İslam Respublikası ordusunun dron hücumuna məruz qalıb".

Məryəm Quliyeva