16:59
679
“Düşünürəm ki, indiki halda münaqişənin bitməsi ilə bağlı heç bir real əsas yoxdur. Çünki faktiki olaraq bir tərəfdən ABŞ münaqişəni necəsə bitirmək istəyir, amma bitirməklə bağlı ortaya bir həll planı qoymur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
O qeyd edib ki, ABŞ istəyir ki, İran öz ballistik raket və nüvə proqramından imtina etsin, proksilərini maliyyələşdirməyi dayandırsın və ABŞ və İsraillə iş birliyinə başlasın: “Ancaq bütün bunların əvəzində İrana təklif olunacaq hər hansı bir uyğun şərtlər görünmür. ABŞ özü də İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt elan elədi. Sonra bunu 5 günə çıxardı, indi isə bunu 10 günə çıxarıb. Əks halda İranın elektrik infrastrukturunu dağıdacağını deyib. Bu məqamda münaqişənin həll planı ilə bağlı ortada real bir təklif yoxdur. Məhz bu da münaqişənin uzanmasına səbəb olur”.
T.Rzayevin sözlərinə görə, bir tərəfdən ABŞ sülhə yaxınlaşır, daha sonra İranı sərt şəkildə bonbardman edəcəyini bildirir: “Amma daha sonra yenidən müzakirələr üçün vaxt uzadılmasını istəyir. Bütün bunlar bir daha sübut edir ki, hazırda ABŞ-nin əlində münaqişəni davam etdirmək və ya münaqişədən çıxmaqla bağlı real bir həll üsulu yoxdur”.
Röya İsrafilova