

İndoneziyanın Maluku əyaləti sahillərində 6.7 bal gücündə zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) verdiyi məlumata görə, zəlzələnin episentri Maluku bölgəsinin Tual şəhərindən təxminən 180 kilometr cənub-qərbdə yerləşib və təxminən 65,7 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində insan tələfatı və ya maddi zərər barədə məlumat verilməyib.
Məryəm Quliyeva