

14 İyul 13:04
Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda 2 minik avtomobili və 1 yük maşınının (TIR) iştirakı ilə zəncirvari qəza olub.
"Report" "Trt Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Belə ki, TIR-dan düşən konteynerin toqquşduğu avtomobildəki 5 nəfərin hamısı ölüb. Yük maşının sürücüsü isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qəza səbəbindən Ankara istiqamətində yolda qalın tıxac yaranıb.