Tramp: İran nüvə proqramı üzrə danışıqları bərpa etmək istəyir Dünya

Tramp: İran nüvə proqramı üzrə danışıqları bərpa etmək istəyir

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran öz nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək niyyətindədir və Vaşinqton buna hazırdır.

APA xəbər verir ki, Tramp bunu Bəhreynin vəliəhdi, Baş nazir Salman bin Həməd Al Xəlifə ilə görüşdə deyib.

"Biz tələsmirik, çünki artıq demişdik ki, razılaşma çoxdan əldə oluna bilərdi. Onlar razılaşmaya getməli idilər", – deyə ABŞ Prezidenti əlavə edib.