

İsrail Müdafiə Nazirliyi “Arrow” havadan müdafiə sistemlərinin kütləvi sifarişini həyata keçirib.
APA “Times of İsrael” qəzetinə istinadən xəbər verir ki, Müdafiə nazirliyi və İsrail Aerokosmik Sənayesi arasında əldə edilən razılaşmaya görə,”Arrow” havadan müdafiə sistemlərinin geniş həcmdə istehsalı həyata keçirilərək ölkə arsenalına ötürüləcək.
Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsində “Arrow 2” və “Arrow 3” uzun məsafəli havadan müdafiə sistemləri İsrail səmasında İran raketlərinin zərərsizləşdirilməsində mühüm rol oynayıb.