“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
13 Avqust 12:06
2 107
Kabo-Verde Respublikasının Sao Visente adasında tropik qasırğanın yaratdığı güclü yağışlar nəticəsində baş verən sel hadisələrində ilkin məlumata görə 4-ü uşaq olmaqla azı 9 nəfər həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, yerli mətbuatda yer alan xəbərlərə görə, Kabo-Verde Milli Meteorologiya və Geofizika İnstitutunun (INMG) yaydığı açıqlamada "Erin" adlı tropik fırtına səbəbilə yalnız 5 saat ərzində Sao Visente adasına 192,3 millimetr yağışın düşdüyü bildirilib.
Güclü yağışların səbəb olduğu qəfil sel daşqınlarında 4-ü uşaq olmaqla azı 9 nəfərin öldüyü, 5 nəfərin isə itkin düşdüyü qeyd olunub.
Hökumət rəsmiləri sel fəlakətindən 3 min nəfərin təsirləndiyini, azı 1500 nəfərin evlərini tərk etməyə məcbur qaldığını bildirib.
Açıqlamada selin yaşayış məntəqələrini və yolları su altında qoyduğu, yıxılmış ağacların yolları bağladığı, avtomobillərin su altında qaldığı, adanın böyük bir hissəsində elektrik enerjisinin kəsildiyi vurğulanıb.
Səl fəlakətindən sonra rəsmilər Sao Visente və Santo Antao adaları üçün “fəlakət vəziyyəti” elan edildiyini bildiriblər.
Məryəm Quliyeva
30 Dekabr 18:03
1 456
30 Dekabr 17:54
1 365
30 Dekabr 16:38
1 442