Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB
Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü olub
EHİS-də kommersiya hüquqi şəxsləri üzrə birbaşa qeydiyyata alınan məlumatlar müəyyənləşib
Dizayn ixtisasına qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib
4 Sentyabr 13:52
1 659
İsrail Baş Qərargah rəisi Eyal Zamir Qəzzadakı “Gideonun döyüş arabaları” əməliyyatının ikinci mərhələsinin başladığını elan edib.
E.Zamir Cənub Komandiri general-mayor Yaniv Asor və yüksək rütbəli birlik komandirləri ilə Qəzzaya səhra turu həyata keçirib.
Qəzzada aparılan müşahidələrdən sonra əməliyyatın ikinci mərhələsinin başladığını deyən Zamir "Qəzzanın mərkəzində qarşıdurmaları artırırıq və HƏMAS-a vurulan ziyanı dərinləşdiririk. Bu məqsədə uyğun olaraq biz əhəmiyyətli ehtiyat kadr səfərbərliyinə başladıq. HƏMAS-ın ağırlıq mərkəzlərinə onu məğlub edənə qədər hücum etməyə davam edəcəyik" deyə vurğulayıb.
HƏMAS hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları isə Qəzza şəhərinin bütünlüklə işğalını hədəfləyən İsrailə qarşı “Musanın Əsası” əməliyyatının başladığını açıqlayıb.