

27 Sentyabr 19:00
İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda "Hizbullah" terror təşkilatının silah anbarlarına zərbə endirildiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə İMQ-nin "X" sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, İMQ-nin Şimal Komandanlığının rəhbərliyi ilə Hava Qüvvələrinin uçuş vasitələri ilə Livanın cənubunda yerləşən "Hizbullah" terror təşkilatının silah anbarlarına zərbə endirilib.
"Bu anbarlar təşkilat tərəfindən İsrail dövlətinə qarşı terror fəaliyyətlərinin təşviqi və həyata keçirilməsi üçün istifadə olunurdu", - İMQ-nin paylaşımında qeyd olunub.
O da vurğulanıb ki, Müdafiə Qüvvələri İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək.