“Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi…”
24 Oktyabr 10:49
24 Oktyabr 10:49
23 Oktyabr 14:25
28 Sentyabr 2025 19:24
2 772
Azərbaycan icmasının nümayəndələri Lüksemburqda keçirilən ənənəvi "Route du Vin" ("Şərab yolu") marafonunda iştirak ediblər.
"Report"un Avropa bürosu Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinə istinadən xəbər verir ki, yarışa 27 nəfər, o cümlədən 6 uşaq qatılıb.
1962-ci ildən bəri hər il ənənəvi olaraq təşkil edilən tədbirin təşkilatçısı Lüksemburq–Azərbaycan Dostluq Assosiasiyası (LuxAz) olub, marafon isə səfirliyin dəstəyi ilə gerçəkləşib.
Hər il azı 2,5 min iştirakçı 21,098 km uzunluğunda yarımarafon məsafəsini qət edir. Marşrut Mözəl vadisinin füsunkar üzüm bağlarından keçir.
Azərbaycan icmasının bu kimi tədbirlərdə iştirakı ölkəmizin müsbət imicinin tanıdılmasına və digər xalqların nümayəndələri ilə əlaqələrin möhkəmlənməsinə xidmət edir.
08:27
245
23 Oktyabr 21:13
1 561
23 Oktyabr 17:25
1 554