27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
28 Sentyabr 21:37
2 240
Misli Premyer Liqasında VI tura yekun vurulub.
"Report"un məlumatına görə, sonuncu matçda "Sabah" "Sumqayıt"ı qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
"Bayquşlar"ın heyətində Coy Lens Mikels 26-cı dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Rüstəm Əhmədzadə tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran "gənclik şəhəri" təmsilçisi üçüncü pillədə qərarlaşıb. "Sabah" 8 xalla yeddincidir.
Günün ilk qarşılaşmasında "Turan Tovuz" "Kəpəz"i üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, VI turda "Qarabağ" "Qəbələ"ni məğlub edib - 2:0. "İmişli" - "Zirə" və "Şamaxı" - "Araz-Naxçıvan" görüşləri 1:1 hesabı ilə yekunlaşıb. "Neftçi" - "Karvan-Yevlax" oyununda qol vurulmayıb.
26 Dekabr 15:51
1 624
26 Dekabr 15:02
1 666
26 Dekabr 15:01
1 673