Von der Leyen: ABŞ Avropa demokratiyasına müdaxilə etməməlidir Dünya

Von der Leyen: ABŞ Avropa demokratiyasına müdaxilə etməməlidir

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ABŞ administrasiyasının Avropa demokratik proseslərinə müdaxilə etməməli olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilir ki, beləliklə o, Vaşinqtonun son Milli Təhlükəsizlik Strategiyası və onun Aİ-nı tənqid edən bəyanatına qarşı çıxıb.

Ursula von der Leyen qeyd edib ki, Avropada liderlik və seçkilərlə bağlı qərarlar yalnız seçicilərin səlahiyyətindədir.

“Seçkilərlə bağlı ölkənin rəhbərinin kim olacağı barədə qərar vermək bizim işimiz deyil, bu, yalnız bu ölkənin xalqının işidir. Seçicilərin suverenliyi qorunmalıdır”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası Avropada növbəti iyirmi il ərzində baş verəcəyi iddia edilən “sivilizasiyanın silinməsi” təhlükəsinə dair xəbərdarlıq edib.