Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
12 Dekabr 2025 18:03
2 681
Türkiyə Rusiya və Ukrayna arasında enerji obyektlərinə və limanlara zərbələr baxımından məhdud atəşkəsin həyata keçirilməsinin faydalı olacağına inanır.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumundan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
Görüşdə Türkiyə ilə Rusiya ikitərəfli münasibətləri, Rusiya-Ukrayna müharibəsində sülh səyləri nəzərdən keçirilib və Türkiyənin sülh təşəbbüslərinə dəstək verəcəyi bir daha ifadə olunub.
R.T.Ərdoğan daha sonra müharibənin ədalətli və qalıcı bir sülhlə sonlandırılması üçün ortaya qoyulan səylərin dəyərli olduğunu, hər iki tərəf üçün praktik faydaları olan sahələrdə irəliləyiş əldə edilə biləcəyinə inandıqlarını vurğulayıb.
Ərdoğan müharibənin dayandırılması üçün Türkiyənin bütün formatlarda danışıqlara ev sahibliyi edə biləcəyini də diqqətə çatdırıb.