Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
12 Dekabr 2025 15:40
3 346
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Aşqabadda danışıqlar yekunlaşıb.
Xalqcebhesi.az "TASS"a istinadən xəbər verir ki, görüş ümumilikdə təxminən 1,5 saat davam edib.
Liderlər Beynəlxalq Sülh və Etimad Forumu çərçivəsində görüşüblər. Əvvəlcə danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə aparılıb, daha sonra prezidentlər daha kiçik formatda ünsiyyəti davam etdiriblər.
Putin Ərdoğanla danışıqlarını başa vurduqdan sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ayrılıqda görüş keçirib. Türkiyəli nazir Rusiya liderini demək olar ki, kortejə qədər müşayiət edib.
Məryəm Quliyeva