10:35
945
Rusiya ilə Çin arasında birgə kommünike imzalanıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Pekində Çin Xalq Partiyasının sədri Si Cinpinlə Rusiya Baş nazi Mixail Mişustin arasında keçirilən görüşdən sonra birgə kommünike imzalanıb.
Sənədə əsasən, Rusiya və Çin bütün sahələrdə əməkdaşlığı gücləndirməyə və xarici çağırışlara müvafiq şəkildə cavab verməyə davam edəcəklər.
"Ölkələr İkinci Dünya Müharibəsinin nəticələrinin təftiş olunmasına və tarixinin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq üçün birgə işləməyə hazırdırlar.
Moskva və Pekin əsas maraqlarına təsir edən məsələlərdə qarşılıqlı dəstək verəcəklər.
Rusiya və Çin hökumətləri iki ölkə arasında hava səyahətlərinin genişləndirilməsinə çağırıblar.
Rusiya Tayvanın ayrılmaz hissəsi olduğu "vahid Çin" prinsipinə sadiqliyini bir daha təsdiqləyir.
Çin Rusiyanın təhlükəsizliyin, sabitliyin və suverenliyin təmin edilməsi səylərini dəstəkləyir.
Ölkələr qarşılıqlı ticarət strukturunu təkmilləşdirmək barədə razılığa gəliblər.
Moskva və Çin elmi və texnoloji innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
Rusiya və Çin fəaliyyətlərinin siyasiləşdirilməsinə qarşı çıxmaq üçün beynəlxalq təşkilatlarda əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Ölkələr BRICS və ŞƏT çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər.
Moskva və Pekin süni intellekt sahəsində əməkdaşlıq üzrə Ekspert Şurası yaratmaq barədə razılığa gəliblər və Süni intellekt sahəsində əməkdaşlıq üzrə Ümumdünya Təşkilatı yaratmaq üçün birlikdə işləməyə hazırdırlar.
Rusiya və Çin Arktikada sülh və sabitliyin təşviqi, kosmik fəaliyyətin bütün sahələrində əlaqələrin dərinləşdirilməsi, Ay stansiyasının tikintisi layihələrini dəstəkləmək və Ayın tədqiqat missiyalarını əlaqələndirmək barədə razılığa gəliblər", deyə kommünikedə qeyd olunub.