KİV: ABŞ Ordusunun katibi Ukraynanı qaçılmaz məğlubiyyət barədə xəbərdar edib Dünya

KİV: ABŞ Ordusunun katibi Ukraynanı qaçılmaz məğlubiyyət barədə xəbərdar edib

ABŞ Ordusunun katibi Den Driskoll Kiyevdə ukraynalı rəsmiləri xəbərdar edib ki, Ukrayna Silahlı Qüvvələri cəbhədə ağır vəziyyətlə üzləşib və Rusiya qoşunları qarşısında qaçılmaz məğlubiyyətə uğrayacaq.

Bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Driskoll keçən həftə Kiyev səfəri zamanı ukraynalı həmkarlarına bildirib ki, ruslar hava hücumlarının miqyasını və sürətini artırırlar.

O xəbərdarlıq edib ki, Rusiya döyüş əməliyyatlarını sonsuz müddət davam etdirmək imkanına malikdir. Katibin sözlərinə görə, zaman keçdikcə, Ukraynadakı vəziyyət ancaq pisləşəcək. Buna görə də gələcəkdə daha zəif vəziyyətdə qalmamaq üçün indi sülh razılaşması əldə etmək daha məqsədəuyğundur.

Bundan əlavə, ABŞ nümayəndə heyəti bəyan edib ki, Amerika müdafiə sənayesi Ukraynanı ölkənin infrastrukturunu və əhalisini qorumaq üçün lazım olan miqdarda silah və hava hücumundan müdafiə vasitələri ilə təmin etməyə davam edə bilməyəcək.