19:59
476
Rusiya Prezidenti Vladimir Putin Qara dənizdə Ukraynanın tankerlərə hücumlarını piratçılıq adlandırıb.
APA-nın Moskva bürosunun xəbərinə görə, Putin qeyd edib ki, Rusiya tankerlərə hücumlara cavab olaraq Ukrayna limanlarına və onlara hücum edən gəmilərə qarşı zərbələrin dairəsini genişləndirəcək.
"Əgər tankerlərə hücumlar davam edərsə, Ukraynaya kömək edən ölkələrin gəmilərinə qarşı cavab tədbirlərini nəzərdən keçirəcəyik. Ümid edirəm ki, Kiyev və onun arxasında duranlar Qara dənizdə gəmilərə hücumların davam etdirilməsinə dəyib-dəyməyəcəyini düşünəcəklər", - o deyib.
Putin bildirib ki, əgər Kiyev Rusiya gəmilərinə qarşı piratçılığı davam etdirərsə, Rusiya "Ukraynanı dənizdən ayıra" bilər.