12:13
707
Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanda erməni kilsəsinin yepiskoplarının toplantısını keçirməkdən yayınır.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, yepiskopların toplantısı dini mərkəz olan Eçmiədzində deyil, Ermənistandan kənarda keçiriləcək.
Bildirilir ki, bu qərarın səbəbi katolikosun həmin gün öz vəzifəsini itirə biləcəyindən ehtiyat etməsidir.
Erməni Kilsəsindəki mənbələr isə bildirir ki, bu qərar hökumətin kilsəyə qarşı apardığı kampaniya və onun nəticələri nəzərə alınaraq qəbul edilib.