10:10
679
Vaşinqtonun Rusiya Prezidenti Vladimir Putinin START müqaviləsinin müddəti bitdikdən sonra məhdudiyyətləri qorumaq təklifinə cavab verməməsi də bir cavabdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, Rusiya müqavilənin müddəti bitənə qədər heç bir demarş etməyəcək.
Nazir müavini vurğulayıb ki, Rusiya START müqaviləsinin müddəti bitdikdən sonra silah məhdudiyyətlərinin olmaması ilə bağlı yeni reallığa hazırdır: "Bunu dramatikləşdirmək üçün heç bir səbəb yoxdur".
Diplomatın fikrincə, Vaşinqtonun düşmən kursunun köklü şəkildə yenidən nəzərdən keçirilməsi olmadan Rusiya və ABŞ arasında strateji sabitlik üzrə dialoq mümkün deyil: "Silahlara nəzarət danışıqlarının çoxtərəfli olması üçün Fransa və Böyük Britaniya onlara qoşulmalıdır. Çinin silahlara nəzarət məsələsində aydın mövqeyi var və Rusiya buna hörmətlə yanaşır, necə ki, Pekin Moskvanın mövqeyinə hörmətlə yanaşır.
Moskva və Pekin razılaşırlar ki, əvvəlki strateji təhlükəsizlik sisteminin dağılmasının əsas səbəbi Vaşinqtonun birtərəfli hərəkətləridir".