11:24
679
Finlandiya hakimiyyəti Rusiya və Ukrayna arasındakı münaqişə fonunda təhlükəsizliyi artırmaq məqsədilə bəzi buzqıranları cənub limanlarından şimala köçürməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Yle" xəbər verir.
Məqalədə qeyd olunur ki, yeni bazalar kimi Botiç körfəzinin şimalındakı Oulu və Kemi limanları nəzərdən keçirilir. Bu limanlar Helsinkiyə və Hamina-Kotka yaxınlığında yerləşən buzqıranları qəbul edəcək.
Donanmanın mərkəzləşdirilməmiş şəkildə yerləşdirilməsi təchizat təhlükəsizliyini gücləndirməyə imkan verəcək ki, bu da Ukraynada baş verən hadisələrin önəmini göstərib.
Məryəm Quliyeva