Yaponiyada 4,8 bal gücündə zəlzələ baş verib Dünya

Yaponiyada 4,8 bal gücündə zəlzələ baş verib

Fevralın 3-də Yaponiyanın mərkəzində 4,8 bal gücündə zəlzələ baş verib.

Xalqcebhesi.az xəbər verir ki, ölkənin Milli Meteorologiya Administrasiyasının məlumatına görə, zəlzələnin episentri Tokionun qonşu İbaraki prefekturasının şərqində, Sakit okeanda, ocağı 50 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib və sunami təhlükəsi barədə heç bir məlumat verilməyib. Yeraltı təkanlar Tokionun özündə də hiss olunub.

Məryəm Quliyeva