22:19
581
İran ABŞ-la danışıqların formatını ikitərəfli etməyi və görüşlərin keçirildiyi məkanı Türkiyədən Omana köçürməyi planlaşdırır.
Bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.
“İranlılar danışıqların İstanbuldan Omana köçürülməsini istəyirlər. Onlar həmçinin görüşlərin yalnız ABŞ-la ikitərəfli formatda keçirilməsində israrlıdır. Onlar bir sıra ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində iştirakını istəmirlər”, – deyə portal qeyd edib.