Kreml Epşteynin Rusiya kəşfiyyat orqanları ilə əlaqələrinin olması ilə bağlı xəbərləri ciddiyə almır Dünya

Kreml Epşteynin Rusiya kəşfiyyat orqanları ilə əlaqələrinin olması ilə bağlı xəbərləri ciddiyə almır

“Qərb mediasının amerikalı maliyyəçi Ceffri Epşteynin Rusiya kəşfiyyat orqanları ilə əlaqələrinin olması ilə bağlı xəbərləri ciddiyə alına bilməz”.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin bu cür xəbərlərə necə şərh verə biləcəyi ilə bağlı suala cavab olaraq Peskov rəsmi Moskvanın bu cür xəbərləri ciddiyə almadığını söyləyib.

"Adam bu cür xəbərlərlə daha çox zarafat etmək istəyir, amma gəlin konfrans zəngimizi buna sərf etməyək", - Putinin sözçü vurğulayıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı “Epşteyn faylları”nda Rusiya Prezidenti Vladimir Putinin adı dəfələrlə çəkilib.