ABŞ-da avtomobil mağazaya çırpılıb: 3 nəfər ölüb, yaralılar var Dünya

ABŞ-da avtomobil mağazaya çırpılıb: 3 nəfər ölüb, yaralılar var

Kaliforniyanın Los-Anceles şəhərində avtomobilin ərzaq mağazasına çırpılması nəticəsində ən azı üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

Bu barədə yerli “ABC News” filialı məlumat yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib, lakin ilkin məlumatlara görə, hadisə qəsdən törədilməyib.

Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində qalıb.