09:01
616
Bazar ertəsi gecəsi Sakit okeanda, Şimali Kuril adaları sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Yujno-Saxalinsk seysmik stansiyası məlumat yayıb.
"16 fevral gecəsi episentri Matua adasının 130 kilometr şərqində olan 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Episentr 51 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.
Məlumata görə, hiss olunma ilə bağlı heç bir məlumat daxil olmayıb və sunami xəbərdarlığı verilməyib.