11:34
742
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Sudanın “Sürətli Dəstək Qüvvələri” (SBR) qruplaşmasının dörd komandirini sanksiya siyahısına daxil edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Sudan Tribune" qəzeti məlumat yayıb.
Məlumata görə, sanksiyaya məruz qalan şəxslər arasında SBR lideri Məhəmməd Həmdan Daqalonun qardaşı və müavini Abdel Rahim Həmdan Daqalo da var. Sanksiyalar həmçinin SBR qüvvələrinin komandirləri Gedo Həmdan Əhməd Məhəmməd, Əl-Fateh Abdullah İdris Adam və Ticani İbrahim Musa Məhəmmədə qarşı yönəlib.
Görülən tədbirlər Sudanda davam edən zorakılığın dayandırılması çərçivəsində səfər qadağası və aktivlərin dondurulmasını nəzərdə tutur. Təklif Böyük Britaniya, ABŞ və Fransa tərəfindən 2005-ci ildə qəbul edilmiş və Darfur bölgəsinə silah tədarükünə qadağanı da ehtiva edən 1591 saylı BMT TŞ qətnaməsinə əsasən irəli sürülüb.
Bundan əvvəl də SBR-nin iki komandiri sanksiya siyahısına daxil edilmişdi.
Məryəm Quliyeva