Əmtəə bazarlarında qızılın qiyməti yenidən 5,2 min dolları keçib İqtisadiyyat

Əmtəə bazarlarında qızılın qiyməti yenidən 5,2 min dolları keçib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,5% artaraq 5 202,24 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 2,2% artaraq 89,427 ABŞ dolları olub.