22:11
679
“Rusiya–Ukrayna müharibəsinin davam etməsinin əsas səbəblərindən biri Moskvanın sərt və maksimalist tələbləridir”.
Bunu deputat Arzuxan Əlizadə “xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, Rusiya işğal etdiyi ərazilərin və daha geniş sahələrin Ukrayna tərəfindən Rusiya ərazisi kimi tanınmasını, həmçinin Ukraynanın Avroatlantik inteqrasiyadan və NATO perspektivindən tam imtina etməsini tələb edir: “Bu tələblər Ukrayna rəhbərliyi üçün qəbuledilməzdir.
Ərazi dəyişiklikləri və xarici siyasət kursu Ukrayna Konstitusiyası ilə tənzimlənir və yalnız xalqın iradəsi əsasında həll oluna bilər. Prezident Volodimir Zelenski dəfələrlə bildirib ki, ölkənin suverenliyinə və ərazi bütövlüyünə zidd olan heç bir razılaşmaya imza atmayacaq. Bəzi Avropa ölkələri Rusiyanın zəifləməsi üçün müharibənin müəyyən müddət davam etməsində maraqlıdır, ABŞ isə Tramp administrasiyası dövründə müharibənin tezliklə dayandırılmasını hədəfləyir. ABŞ-da qarşıdan gələn Konqresin aralıq seçkiləri fonunda bu məsələ Vaşinqton üçün daxili siyasi əhəmiyyət daşıyır.
Deputat əlavə edib ki, real nəticə əldə olunmadığı halda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi qaçılmazdır:
“Donald Tramp mövcud sanksiyaların müddətinin uzadılması barədə qərar imzalayıb. ABŞ Ukraynaya dəstəyi davam etdirir, lakin Avropa ölkələrinin bu məsələdə daha fəal rol oynaması vacibdir.Ukraynanın ərazi itkilərinə razılıq verməsi mümkün görünmür və Rusiyaya qarşı təzyiqlər artırılmadan müharibənin dayandırılması real deyil”.
Günel Elxan
22:12
707
19:02
896
18:56
882