Hörmüz boğazında gərginlik: İki konteyner gəmisi saxlanılıb
26 Aprel 16:25
26 Aprel 16:25
26 Aprel 16:19
26 Aprel 16:08
24 Fevral 22:12
1 995
“Yarmarkaların təşkilində əsas məqsədlərdən biri məhz qiymətlərin tənzimlənməsidir”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Xalqcebhesi.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, xüsusilə ərzaq və kənd təsərrüfatı məhsulları üzrə yarmarkaların keçirilməsi bazarda qiymət optimallaşmasına xidmət edir. Yanaşmamız ondan ibarətdir ki, yarmarkaların sayını artırmaq və fermerlərin iştirak imkanlarını genişləndirmək lazımdır. Bu həm qiymətlərin tənzimlənməsinə, həm də kənd təsərrüfatı istehsalçılarına məhsullarını birbaşa təqdim etmək imkanı yaradacaq.
V.Bayramov əlavə edib ki, mart ayında yarmarkaların sayının artırılması və paytaxtın müxtəlif yerlərində təşkil edilməsi, həmçinin fermerlərin çıxış imkanlarının genişləndirilməsi qiymətlərin optimallaşmasına birbaşa təsir göstərəcək.
Günel Elxan
26 Aprel 16:25
1 155
26 Aprel 16:19
1 008
26 Aprel 16:08
987