11:02
693
Sözdə Könüllülər Koalisiyasına daxil olan ölkələr təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynaya qoşun göndərmək niyyətlərini təsdiqlədilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Keyr Starmerin ofisinin yaydığı açıqlamada bildirilir.
Bəyanatda deyilir: "Onlar "könüllülər koalisiyası"nın çoxqatlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsində, o cümlədən ABŞ-ın dəstəyi ilə Ukrayna üçün çoxmillətli qüvvələr vasitəsilə oynayacağı rolu bir daha təsdiqlədilər". Bundan əlavə, ölkələr "ABŞ-ın sülh danışıqlarında davam edən səylərini alqışladılar" və "Rusiyanı danışıqlarda mənalı şəkildə iştirak etməyə və tam və qeyd-şərtsiz atəşkəsə razılaşmağa çağırdılar".
"Könüllülər Koalisiyası" həmçinin Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirmək niyyətini, eləcə də Kiyevə maliyyə dəstəyini təsdiqləyib.
Məryəm Quliyeva