Heqset: Müharibədən sonrakı İran ABŞ-ın maraqlarına uyğun olmalıdır Gündəm

Heqset: Müharibədən sonrakı İran ABŞ-ın maraqlarına uyğun olmalıdır

ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, müharibədən sonrakı İranın quruluşu ABŞ-ın maraqlarını nəzərə almalı və İran raketləri və mümkün nüvə şantajı təhlükəsini istisna etməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset "Epik Qəzəb" əməliyyatının gedişatına həsr olunmuş mətbuat konfransında bildirib.

Heqset qeyd edib ki, ABŞ amerikalılara və ya ölkənin Yaxın Şərqdəki müttəfiqlərinə yönələ biləcək raketlər və ya nüvə şantajı təhlükəsi şəraitində yaşamaq niyyətində deyil.

Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı əməliyyat zamanı hədəfləri seçməsi də məhz bununla izah olunur.