17:13
1 064
Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Abbas Əraqçi ABŞ və İsrailin İrana qarşı təcavüzü səbəbindən kəskin şəkildə pisləşən Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazirlər arasında telefon danışığından sonra verdiyi açıqlamada bildirilib.
Diplomatik idarənin məlumatına görə, "ABŞ və İsrailin İrana qarşı təcavüzündən sonra kəskin şəkildə pisləşən Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi davam etdirilib. Sergey Viktoroviç Lavrov gərginliyin tez bir zamanda azaldılması və siyasi və diplomatik həll yoluna qayıtmaq lehinə prinsipial mövqeyini bir daha təsdiqləyib. Rusiya tərəfi İranın və onun regiondakı qonşularının təhlükəsizlik maraqlarını nəzərə alaraq bu həll yolunu asanlaşdırmağa sadiqdir".
Məryəm Quliyeva