17:01
679
Türkiyə Ukrayna ilə bağlı danışıqlar prosesini Istanbulda yenidən bərpa etməyə hazır olduğunu bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən illik səfirlər konfransında bildirib.
“İstanbul hələ də tərəflərin texniki səviyyədə görüşə və sülh nizamlanmasının parametrlərini müzakirə edə bildiyi yeganə platforma olaraq qalır”, — deyə Fidan qeyd edib.
Fidanın sözlərinə görə, Türkiyə lap əvvəldən "müharibəni diplomatik yollarla bitirmək üçün ən intensiv səylər göstərir" və istənilən təşəbbüsü həyata keçirməyə və bu istiqamətdə dəstəkləyici rol oynamağa davam etmək niyyətindədir.
Fidan qeyd edib ki, danışıqların Türkiyədə keçirilməsi "Türkiyə diplomatiyasına göstərilən etimadın təzahürü" kimi xarakterizə olunacaq.
Məryəm Quliyeva