10:21
1 099
İranın şimal-şərqindəki Xorasan-Rizavi əyalətində xüsusi xidmət orqanları casusluqda şübhəli bilinən 10 nəfəri saxlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xorasan-Rizavi üzrə kəşfiyyat idarəsi məlumat yayıb.
"İnformasiya nəzarəti və operativ tədbirlər nəticəsində 10 muzdlu şəxs müəyyən edilərək saxlanılıb", — deyə ISNA agentliyi məlumatı sitat gətirib.
Məlumata görə, saxlanılan şəxslər məxfi məlumatları toplayaraq düşmən tərəfə ötürüblər.
Məryəm Quliyeva