17:14
833
Avstriya Amerika hərbi aviasiyasına İranın obyektlərinə zərbələr endirmək məqsədilə tranzit uçuşlar üçün öz hava məkanından istifadə etməyə icazə verməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə alp respublikasının Müdafiə Nazirliyinə istinadən "ORF" telekanalı məlumat yayıb.
Nazirlik nümayəndələrinin sözlərinə görə, belə bir qərarın əsasını ölkənin neytrallıq haqqında yerli qanunu təşkil edib.
Məryəm Quliyeva