Qırğızıstan NK-nın Sədri: Tramp marşrutu Çin-Özbəkistan-Qırğızıstan dəmiryol xəttinin məntiqi davamıdır Dünya

Qırğızıstan NK-nın Sədri: Tramp marşrutu Çin-Özbəkistan-Qırğızıstan dəmiryol xəttinin məntiqi davamıdır

“Bugünkü görüş dünya səviyyəsində artan qeyri-sabitlik şəraitində keçir”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin Baş nazirlərinin Bakı görüşündə Qırğız Respublikası Nazirlər Kabinetinin Sədri Adılbek Kasıməliyev deyib.

O bildirib ki, cari vəziyyət bizdən birlikdə olmağı tələb edir: “TDT-nin son zirvə görüşlərinə baxanda görünür ki, təşkilat artıq Avrasiya məkanında formalaşan güc mərkəzinə çevrilir. Təşkilat qardaşlıq əlaqələri ilə tarixən bağlı olan dövlətləri birləşdirir. Qırğız tərəfi Türk İnvestisiya Fondu üçün bir sıra yeni layihə təkliflərini təqdim edib. Təşkilat daxilində nəqliyyat əlaqələrinin gücləndirilməsi fonunda beynəlxalq yükdaşımaların rəqəmsal tətbiqinə ehtiyac var. Qırğızıstan Transxəzər Orta Dəhlizdə əsas bağlantı ola bilər. Qırğızıstan Prezidentinin də bildirdiyi kimi Tramp marşrutu Çin-Özbəkistan-Qırğızıstan dəmiryol xəttinin məntiqi davamıdır”.