15:28
833
İraq rəhbərliyi regional gərginlik və yeni hökumətin formalaşması prosesinin uzanması fonunda ABŞ-ın artan təzyiqi ilə üzləşir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Livanın "Al Akhbar" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, yaxın günlərdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Tom Barrakın Bağdada səfəri gözlənilir. O, artıq bir sıra aparıcı İraq siyasətçiləri ilə təmaslar qurmağa başlayıb. Məsləhətləşmələrin əsas mövzusu ölkənin baş naziri postuna namizədliyin müzakirəsi olacaq.
Bildirilir ki, hökumətin formalaşdırılması üçün nəzərdə tutulan konstitusiya müddətinin yaxınlaşması vəziyyəti daha da mürəkkəbləşdirir. İraq qanunvericiliyinə əsasən, "konstitusiya vakuumu" və siyasi sabitliyin pozulmasından qaçmaq üçün baş nazir prezident seçildikdən sonra 30 gün ərzində təyin edilməlidir.
Məryəm Quliyeva