Qeyri-neft-qaz sektorunun büdcə gəlirləri proqnozu 9% üstələyib İqtisadiyyat

Qeyri-neft-qaz sektorunun büdcə gəlirləri proqnozu 9% üstələyib

2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 57,7 faizini təşkil etməklə 5 mlrd. 533,7 mln. manat olub ki, bu da proqnozla müqayisədə 446,1 milyon manat və ya 8,8 faiz çoxdur.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 69,5 faizini və ya 3847,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 25,5 faizini və ya 1410,1 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,0 faizini və ya 163,5 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 1,8 faizini və ya 99,2 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 13,8 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4 mln. 64,9 mln. manat təşkil edib ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və ya 0,3 faiz çoxdur.