Əli Əsədov: Azərbaycan urbanistika ilə ekologiya sahələrində beynəlxalq səylərin birləşdirilməsinə çalışacaq Hadisə

Əli Əsədov: Azərbaycan urbanistika ilə ekologiya sahələrində beynəlxalq səylərin birləşdirilməsinə çalışacaq

"Azərbaycan urbanistika ilə ekologiya sahələrində beynəlxalq səylərin birləşdirilməsinə çalışacaq".

APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada Regional Ekoloji Sammitdə çıxışında bildirib.

“COP29-un uğurlu keçirilməsi təcrübəsinə əsaslanaraq, Azərbaycan cari ilin may ayında UN-Habitat ilə əməkdaşlıq çərçivəsində 13-cü Ümumdünya Şəhər Forumuna ev sahibliyi etməyə hazırlaşır. Bundan əlavə, iyun ayında Azərbaycan 2026-cı il üzrə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Biz bu platformalardan dayanıqlı inkişaf üzrə qlobal gündəliyin təşviqi və urbanistika ilə ekologiya sahələrində beynəlxalq səylərin birləşdirilməsi üçün istifadə etməyi planlaşdırırıq. Sonda transsərhəd ekoloji məsələlərin həllində birgə səylərin daha da gücləndirilməsinin və uzlaşdırılmış yanaşmanın təmin edilməsinin vacibliyini vurğulamaq istərdim. Azərbaycan beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiq qalır və ümumi məqsədlərimizin əldə olunmasına fəal töhfə verməyə hazırdır”, - Baş nazir qeyd edib.