“Ukraynanın yeni taktikası Rusiyanı zəiflədir”
19 May 19:56
22 Aprel 10:12
3 444
İran rəhbərliyində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə mülki danışıqçılar arasında ixtilaf yaranıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb.
"Biz gördük ki, İran daxilində danışıqçılar və hərbçilər arasında mütləq bir parçalanma var. Üstəlik, tərəflərdən heç birinin müraciətlərə cavab verməyən Ali Rəhbərə çıxışı yoxdur", — deyə nəşrin həmsöhbəti bildirib.
Axios-un mənbələri qeyd ediblər ki, bu fikir ayrılıqları İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin ölümündən sonra daha da kəskinləşib. Laricani qərar qəbulu prosesində birliyi təmin etmək üçün lazım olan səlahiyyətə və siyasi çəkiyə malik idi. ABŞ rəsmilərinin fikrincə, onun xələfi, SEPAH, mülki rəhbərlik və Ali Rəhbər arasında koordinasiyaya cavabdeh olan Məhəmməd Baqer Zolqədr hələlik bu tapşırığın öhdəsindən gələ bilmir.
Məryəm Quliyeva
19 May 19:56
1 071
19 May 13:01
1 302
19 May 12:51
1 232