Aİ İsrail ilə assosiasiya sazişinin dayandırılması təklifini rədd edib Gündəm

Aİ İsrail ilə assosiasiya sazişinin dayandırılması təklifini rədd edib

Avropa İttifaqı ölkələrinin əksəriyyəti İspaniya, İrlandiya və Sloveniyanın İsrail ilə assosiasiya sazişinin dayandırılması barədə təşəbbüsünü dəstəkləməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" portalı məlumat yayıb.

Qərar aprelin 21-də Aİ-nin Xarici İşlər Şurasının iclasında qəbul edilib.

Nəşrin məlumatına görə, təşəbbüs müəllifləri İsrail tərəfindən insan haqlarının pozulması, o cümlədən yəhudi köçkünlərin fələstinlilərə hücumları və fələstinlilər üçün ölüm hökmünün tətbiq edilməsi səbəbindən sazişin dayandırılmasını təklif ediblər.

Lakin təklifin rədd edilməsində Almaniya və İtaliya həlledici rol oynayıb. Almaniyanın xarici işlər naziri İohann Vadeful bu ideyanı "yersiz" adlandırıb, İtaliyanın xarici işlər naziri Antonio Tajani isə belə bir addım üçün siyasi və rəqəmsal ilkin şərtlərin olmadığını qeyd edərək, radikal köçkünlərə qarşı sanksiyalar kimi məhdud tədbirlər görməyi təklif edib.

Aİ və İsrail arasında assosiasiya sazişi 2000-ci ildən qüvvədədir.

Məryəm Quliyeva