Kiyev "Drujba"nın fəaliyyətə hazır olması barədə Macarıstanı məlumatlandırıb Dünya

Kiyev "Drujba"nın fəaliyyətə hazır olması barədə Macarıstanı məlumatlandırıb

“Ukrtransnafta” şirkəti təmir edilmiş “Drujba” neft kəməri vasitəsilə Macarıstan və Slovakiya istiqamətində neft nəqlini bərpa etməyə hazırdır.

Bu barədə Macarıstanın "MOL Group" şirkəti məlumat yayıb.

Məlumata görə, Ukraynanın “Drujba” kəmərinin istismarına cavabdeh olan “Ukrtransnafta” bu barədə "MOL Group" şirkətinə rəsmi məlumat verib. Bildirilib ki, kəmərdə aparılan təmir işləri tam başa çatdırılıb.

Şirkətin açıqlamasında vurğulanıb ki, artıq xam neftin Macarıstan və Slovakiyaya tranzitinin yenidən başlanması üçün bütün texniki imkanlar mövcuddur.