İran Hörmüz boğazında ABŞ gəmisini vurduğunu iddia edir Gündəm

İran Hörmüz boğazında ABŞ gəmisini vurduğunu iddia edir

İran Silahlı Qüvvələri, İran tərəfinin xəbərdarlıqlarına məhəl qoymayaraq Hörmüz boğazından keçməyə cəhd edən Amerika gəmisinə hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, İrana məxsus iki raket hədəfə dəyib, nəticədə gəmi marşrut üzrə hərəkətini davam etdirə bilməyib və geri dönmək məcburiyyətində qalıb.

Agentlik qeyd edir ki, hələlik hadisə nəticəsində dəymiş ziyanın miqyası və ya mümkün tələfat barədə məlumat yoxdur.

Məryəm Quliyeva