"Trampın sazişini yerinə yetirməyə borclu deyilik" — İsraildən sərt reaksiya​​​​​​​ Dünya

"Trampın sazişini yerinə yetirməyə borclu deyilik" — İsraildən sərt reaksiya​​​​​​​

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir hesab edir ki, İsrail Vaşinqtona tabe olmadığı üçün ABŞ və İran arasındakı sazişin müddəalarını "heç bir formada" yerinə yetirməyə borclu deyil.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə müvafiq bəyanatı "X" sosial şəbəkəsində paylaşıb.

"Amerikalı lider Donald Trampın sazişi bizi (İsraili) öhdəlik altına salmır. İsrail müstəqil və suveren bir dövlətdir, o, Birləşmiş Ştatlara tabe deyil", — deyə Ben-Qvir yazıb. "Biz (İsrail) Prezident Trampa sonsuz dərəcədə minnətdarıq. Bununla belə, İsrail Dövləti bir banan respublikası deyil", — deyə o əlavə edib.

Ben-Qvir mövqeyini onunla izah edib ki, İsrail "onun təhlükəsizliyinin qeydinə qalmayan və onu heç bir formada öhdəlik altına salmayan bu sazişdə tərəfdaş deyil". "Biz Livanın şiə hərəkatı olan 'Hizbullah'ın tamamilə məhv edilməsindən daha azına razı ola bilmərik, qoşunlarımızın tutduğu və terror infrastrukturundan təmizlədiyi əraziləri tərk edə bilmərik", — deyə nazir vurğulayıb.

Məryəm Quliyeva