10:45
1 078
ABŞ administrasiyası neft tankerlərinin Hörmüz boğazı vasitəsilə hərəkətini bərpa etmək üçün tədbirləri, o cümlədən gəmilərin Amerika hərbi gəmilərinin mühafizəsi altında pullu keçidi imkanını müzakirə edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Ev ABŞ və İran arasında davam edən danışıqlar fonunda gəmi sahiblərini və sığorta şirkətlərini Hörmüz boğazı marşrutundan yenidən istifadə etməyə razı sala biləcək variantları nəzərdən keçirir. Müzakirə olunan təkliflərdən biri gəmilərə özünəməxsus "VIP-buraxılış" — əlavə ödəniş qarşılığında, bəlkə də ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin müşayiəti ilə boğazdan sürətləndirilmiş keçid imkanının yaradılmasıdır. "Politico" qeyd edir ki, yekun qərar hələlik qəbul edilməyib.
"Kpler" analitik şirkətinin məlumatına görə, Fars körfəzində, Hörmüz boğazının girişində təhlükəsiz keçid gözləyən, 220-si neft tankeri olmaqla, təxminən 500 gəmi qalmaqda davam edir.
Məryəm Quliyeva