17:52
1 113
İranın Fransadakı müvəqqəti işlər vəkili iki fransız diplomatın İranda saxlanılması ilə əlaqədar respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransanın xarici siyasət idarəsinin bəyanatında bildirilib.
"Ona bu qəsdli və məqsədli aqressiv hərəkəti ən qəti şəkildə pislədiyimiz çatdırıldı", — deyə o qeyd edib. Orse sahilindən qeyd ediblər ki, bu insident diplomatik heyətin təhlükəsizliyini təmin edən Vyana konvensiyalarının pozulması deməkdir və xəbərdarlıq ediblər ki, bu əməllər "nəticəsiz qalmayacaq".
"Fransa İran hakimiyyətindən bu insidentin təfərrüatlarına aydınlıq gətirməsini, təqsirkarların cəzalandırılmasını və beynəlxalq öhdəliklərinə uyğun olaraq obyektlərimizin və əməkdaşlarımızın təhlükəsizliyinin təmin olunmasını gözləyir", — deyə kommünikedə qeyd olunur.
Məryəm Quliyeva