Amerika kəşfiyyatçıları hərbi paradlardan necə yararlanırlar? Dünya

Amerika kəşfiyyatçıları hərbi paradlardan necə yararlanırlar?

ABŞ-ın casusları soyuq müharibə zamanlarında SSRİ-nin hərbi paradlarına baxaraq rəsmi Vaşinqton üçün çox vacib və dəyərli informasiyalar toplaya biliblər. Sovet İttifaqı kütləvi tədbirlərdə öz silahlı güclərini nümayiş etdirərkən Qərb analitikləri səylə stendlərin yanında kimlərin oturmasını izləməklə Kremlin siyasətini müəyyənləşdirməyə çalışırdılar.
SSRİ rəhbərliyi isə hər vəchlə dünyaya öz hərbi gücü ilə təzyiq edəcəyi təəssüratını yaradırdı. Lakin bu, Qərb kəşfiyyatı üçün tapıntı idi, çünki onlar analitik təhlilləri ilə lazımi nəticələr çıxara bilirdilər.Düzdür, SSRİ məkanı casusların öz işlərini görməsi üçün elə də asan bir yer deyildi. Çünki hər yer müşahidə, nəzarət altında idi. İttifaqa xaricdən gələnlər izlənilirdi. Texnologiyaya gəldikdə, U-2 kimi casus təyyarələri vurula da bilərdi.
Bütün bunlara baxmayaraq Moskvanın Qırmızı Meydanındakı parad Qərbi informasiyalarla təmin edirdi. "Yanan işıqlar, süni peyklər, hətta əl kameraları Qərb dairələrinə dəqiq ölçülər aparmağa və müxtəlif komponentlərdən vacib məlumatları detallı şəkildə toplamağa imkan verirdi"- ABŞ-ın kəşfiyyat sənədlərini dərc edən, qeyri-hökumət təşkilatı olan Milli Təhlükəsizlik Arxivinin məlumatında belə bildirilib.
Əlbəttə ki, SSRİ Qərbin kəşfiyyat fəaliyyətindən xəbərdar idi. Lakin digər avtoritar rejimlər kimi, kommunistlər də hərbi parad keçirmək şansına qarşı çıxa bilməzdilər. Hərdən nəticələr gözlənilməz olurdu. Məsələn, 1954-cü ildə 9 May Qələbə bayramı ilə bağlı keçirilən parad Qərbin müşahidəçilərinə M-4 (NATO-da kod adı "Bison" idi) və Tu-16 bombardmançı təyyarələri haqda dəyərli məlumatlar verdi.
1962-ci ildə keçirilən paradda isə Amerika isə 3 yeni ballistik raketin, T-62 tankının və indiyə qədər adı məlum olmayan tank əleyhinə raketin nümayiş etdirildiyini aşkarladı. Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində mühəndisin ətraflı izahatları, dəqiqləşdirilmiş rəsmləri, eləcə də radio antenaları və yerdən buraxılan raketlərə dair qeydlər yer alıb. ABŞ-ın hərbi sahə üzrə ixtisaslaşan nüfuzlu "The National İnterest" nəşri isə ABŞ-ın SSRİ-də hərbi paradlar üzərindən apardığı kəşfiyyatla müasir dövrü müqayisə edib. O da yazılıb ki, ABŞ prezidenti Donald Tramp hərbi paradları çox sevir. Sual olunub ki, Tramp ABŞ-ın 2019-cu ildə keçiriləcək paradına 92 milyon dollar sərf edəcəksə, bu, hansı nəticələri verəcək.
Nəşrə görə, bu parad amerikalıları digər problemlərindən yayındırmaq üçün yaxşı bir şoudur. Şübhəsiz ki, Birləşmiş Ştatlar özünün ən gizli avadanlıqlarını bu paradda nümayiş etdirməyəcək.