Lukaşenko: Rusiya Belarusun tərkibinə daxil olsun! Dünya

Lukaşenko: Rusiya Belarusun tərkibinə daxil olsun!

Belarus Prezidenti Aleksandr Lukaşenko zarafat edərək, Rusiyaya onun ölkəsinin tərkibinə daxil olmağı təklif edib. Bunu Lukaşenko “Exo Moskva”nın baş redaktoru Aleksey Venediktova müsahibəsində deyib.
“Siz ümumi prezident seçkisi istəyirsiniz. Rusiya və Belarusun vahid dövlət planında qəbul edəcəyi çox sadə variant var, o da sizin ölkənin Belarusun tərkibinə daxil olmasıdır. Yalnız Belarusun Rusiyanın tərkibinə daxil olmasını söyləmək ədalətsizlik olardı”, – deyə o zarafat edib.
Qeyd edək ki, Lukaşenkonun ittifaq dövləti ilə bağlı “Exo Moskva”ya müsahibəsində səsləndirdiyi fikirlər Rusiyada geniş əks-səda doğurub.