
Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 208-ə çatıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bildirilib ki, onlardan 46-sı artıq sağalıb. Hazırda ölkə üzrə karantində 4674, stasionar müalicədə isə 362 nəfər var. Virusa yoluxmuş şəxslərdən 3-ü isə vəfat edib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.