"Lukoil"un Direktorlar Şurasının sədri vəfat edib Dünya

"Lukoil"un Direktorlar Şurasının sədri vəfat edib

Rusiyanın ən böyük özəl neft şirkəti "Lukoil"un Direktorlar Şurasının sədri Valeri Qreyfer 91 yaşında vəfat edib. Bu barədə "APA-Economics"i Rusiya mətbuatına istinadən xəbər verir. Məlumata əsasən, V. Qreyfer uzun sürən xəstəlikdən sonra həyatını dəyişib. Qeyd edək ki, V. Qreyfer "Lukoil"un Direktorlar Şurasına 2000-ci ildən sədrlik edib.